RU

Bakıda 14-cü mərtəbədən yıxılaraq sağ qalan qızın vəziyyəti AÇIQLANDI

Bakı. Trend:

Bakıda 14-cü mərtəbədən yıxılaraq sağ qalan qızın vəziyyəti ağırqiymətləndirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzinmətbuat katibi Ruzbeh Məmməd bildirib.

O qeyd edib ki, 2008-ci il təvəllüdlü şəxs (qadın cinsli)bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi MərkəzinTəcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

"Xəstəyə zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiyaşöbəsinə yerləşdirilib. Hazırda koma vəziyyətindədir, süniventilyasiya aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir",-deyə R. Məmməd əlavə edib.

Qeyd edək ki, Bakıda 17 yaşlı qız 14-cü mərtəbədən yıxılıb.O,Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Избранный
18
3
az.trend.az

4Источники