RU

ABŞ-dan Ukraynaya silah tədarükü dayandırıldı

Ukraynaya de-fakto Amerika istehsalı olan bütün silahların, o cümlədən mərmi və ehtiyat hissələrinin tədarükü dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə "Economist" Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

“Mərmilər və ehtiyat hissələri də daxil olmaqla, faktiki olaraq bütün Amerika silah təchizatı kəsilib, lakin ABŞ rəsmiləri bunu inkar edirlər”, - məlumatda bildirilir.

Jurnalistlərin fikrincə, Ukrayna rəsmiləri hesab edir ki, bunlar Tramp administrasiyasının Kiyevdən “siyasi güzəştləri sıxışdırmaq” səyləridir.

Məqalədə yanvar ayından bəri Ağ Evin Ukrayna üçün silahla bağlı heç bir yeni öhdəlik götürməməsi fikri də yer alıb.

Избранный
30
42
publika.az

10Источники