RU

“İrəvan xanlığının mətbəxi” kitabı ingilis dilində təqdim olunub

Sosial Tədqiqatlar Mərkəzində “İrəvan xanlığının mətbəxi” adlı kulinariya və tarixi-etnoqrafik araşdırma əsərinin ingilis dilində nəşrinin təqdimatı keçirilib. Təqdimatda çıxış edən STM sədri Zahid Oruc qeyd edib ki, nəşr Azərbaycan xalqının tarixi yurdlarına dair mədəni yaddaşın bərpasına xidmət edir.

“Bu kitab təkcə resept toplusu deyil, həm də beynəlxalq elmi dairələr üçün mədəni təhlükəsizlik və identiklik kontekstində yeni tədqiqat imkanları yaradır,” –  o bildirib.

Kitabın müəlliflərindən kulinariya eksperti Tahir Əmiraslanov qeyd edib ki, nəşrdə 413 yemək və içki resepti, onların hazırlanma qaydası, istifadə olunan məhsullar və alətlər haqqında ətraflı məlumat verilir.

Layihə rəhbəri Qivami Rəhimli vurğulayıb ki, kitab İrəvan xanlığının gündəlik həyatını, məişətini və sosial kontekstini də əhatə edir.

Əməkdar jurnalist Telli Pənahqızı isə çıxışında bu cür layihələrin Azərbaycanın mədəni təhlükəsizliyi və diplomatiya baxımından strateji əhəmiyyətini vurğulayıb.

Kitabda arxiv materialları, deportasiya olunmuş ailələrin yaddaşı və tarixi mənbələr əsasında aparılmış tədqiqatlar yer alıb. Əsər yalnız kulinariya sahəsinə deyil, həm də tarixi və etnoqrafik sahələrə dair ensiklopedik mənbə kimi təqdim olunur.

Избранный
19
9
anews.az

10Источники