İsrail Prezidenti İsxaq Hersoq ölkəsinin Azərbaycandakı yeni səfiri təyin olunan diplomat Ronen Krausu rəsmi missiyasına başlamazdan əvvəl qəbul edib. Bu barədə Kraus özünün X (əvvəlki Twitter) hesabında məlumat verib.
Daha əvvəl bildirilmişdi ki, Ronen Kraus iyulun 28-də Bakıya gələcək və vəzifəsinin icrasına başlayacaq.
Hazırda İsrailin Azərbaycandakı səfiri vəzifəsini 2018-ci ildən etibarən Corc Dik yerinə yetirir. Onun yaxın həftələrdə missiyasını başa çatdıracağı gözlənilir.
Tatyana Kryuçkina