RU

Əmək müqavilələrinin sayı 1 milyon 806 minə çatıb

Əmək

Bakı, 12 dekabr, AZƏRTAC

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 59 min müqavilə və ya 3,4 faiz artaraq 1 milyon 806 minə çatıb.

Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin 11 ayında əməkhaqqı fondunda daha 15 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.

 

 

Избранный
179
7
azertag.az

9Источники