RU

Yeni hərbi blok doğulur: QUAD Çinə meydan oxuyur

"QUAD ölkələrinin (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən son görüşündə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub. Dövlət katibi Marko Rubio dördlük arasında hərbi-siyasi ittifaqın gücləndirilməsi zərurətindən danışıb. Müzakirələrdə Çinin adı çəkilməsə də, QUAD-ın əsas istiqamətlərindən biri kimi Pekinin bölgədəki ambisiyalarıyla mübarizə aparmaq göstərilib".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, QUAD Çinin Cənubi-Çin dənizində və Cənubi Asiyada artan hərbi gücündən narahatdır.

"QUAD ölkələri təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməklə yanaşı nadir torpaq metallarının bazarlara çıxışını təmin etməyə çalışacaqlar. Bu metallar sənaye və hərbi istehsal üçün mühüm əhəmiyyət kəsb edir. QUAD üçün problem ondadır ki, həmin metallarının böyük qisminin istehsalı və emalı Çinin payına düşür. QUAD ölkələri birgə səylərlə Çinin bu sahədəki aparıcı rolunu azaltmağa çalışacaqlarını bəyan ediblər. QUAD ölkələri hesab edirlər ki, Çin bazarlara istədəyi qədər nadir metallar çıxarır və emal prosesini nəzarətdə saxlayır. QUAD isə metal istehsalını və emalını şaxələndirmək istəyir. QUAD Pekini həm də onda ittiham edir ki, Çin öz şirkətlərinə subsidiyalar və digər güzəştlər tətbiq edir", deyə Elxan Şahinoğlu vurğulayıb.

Politoloq həmçinin qeyd edib ki, Vaşinqton QUAD təşkilatını dialoq formatından Asiya və Sakit Okean bölgəsinin hərbi və siyasi ittifaqına çevirmək istəyir:

"Ağ Ev sahibi Donald Tramp bu sahədə özündən əvvəlki Prezidentlərin siyasətini davam etdirir. Vaşinqton Tokio və Seulla hərb müqavilələrə malikdir, Hindistanla ittifaq gücləndirilib, AUCUS (ABŞ, Avstraliya və Böyük Britaniya) təşkilatı formalaşdırılıb. Vaşinqton bu yolla bölgədə Çin və Rusiyanın hegemonluğunun qarşısını almağı məqsəd qoyub. QUAD xarici işlər nazirlərinin ortaq bəyanatındakı cümlələr də buna işarədir. Bəyanatda üzv dövlətlərin bölgədəki status-kvonu dəyişmək istəyənlərə qarşı müqavimət göstərəcəkləri vurğulanıb. Söhbətin Çindən getdiyi aydındır. Çin Yaponiyanın bir neçə adasına və Tayvana iddialıdır".

Xalidə Gəray
Musavat.com

Избранный
18
1
musavat.com

10Источники