Rusiya Ukraynanın Xarkov vilayətinin Melovoe, Donetsk vilayətinin isə Razino yaşayış məntəqələrini ələ keçirib.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaşayış məntəqələri “Mərkəz” və “Şimal” qruplarının fəaliyyəti nəticəsində nəzarətə götürülüb.
Qeyd edək ki, Rusiya ordusu Donetskdə irəliləməyə davam edir.
Daşqın HəsənovMissiya.Az