Portuqaliya yığmasının və “Liverpul”un 28 yaşlı portuqaliyalı futbolçusu Dieqo Jotanın həyatını itirdiyi yol qəzasının görüntüləri yayılıb.
APA xəbər verir ki, videoda qəza zamanı aşdıqdan sonra yanmış avtomobil də görünür.
Qeyd edək ki, qəza ötən gecə İspaniyanın Zamora əyalətində baş verib.
Dieqo Jotanın olduğu avtomobilin aşaraq alovlanması nəticəsində futbolçu ilə bərabər 26 yaşlı qardaşı Andre de Silva da həlak olub.
Məlumata görə, yüksək sürətlə hərəkətdə olan avtomobil digər avtomobili ötmək istəyərkən təkəri partlayıb. Nəticədə yoldaş çıxaraq aşan avtomobil alışıb. Dieqo Jota və qardaşı maşından çıxa bilməyib və həyatlarını itiriblər.
Qeyd edək ki, Jota bu il iyunun 22-də ailə həyatı qurub.
O, Portuqaliya yığması ilə ötən ay UEFA Millətlər Liqasının qalibi olub.