RU

İsrail prezidenti Azərbaycana təyin olunmuş yeni səfirlə görüşüb

İsrailin Azərbaycana təyin olunmuş yeni səfiri Ronen Kraus Prezident İsxak Hersoqla görüşüb.

Ölkə.az xəbər verir ki, bu barədə diplomat özünün " X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Prezident İsxak Hersoqla, eləcə də digər missiya rəhbərləri ilə görüşmək şərəfinə nail oldum. İsrailin beynəlxalq diplomatik əlaqələrini gücləndirmək üçün növbəti tapşırıqlarımıza hazırlaşarkən onun göstərdiyi dəstəyə görə minnətdaram. Azərbaycana yeni səfərimin başlanmasını səbirsizliklə gözləyirəm", - deyə R.Kraus yazıb.

Xatırladaq ki, bu il yanvarın 12-də İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin olunub.

Избранный
19
4
olke.az

4Источники