Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə Azərbaycan xariciölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyardABŞ dolları və ya 13,7% çoxdur. Xarici ticarət dövriyyəsinin 11milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalınpayına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7dəfə azdır.
Bakı. Trend:
Cari ilin yanvar-may aylarında Azərbaycanla İqtisadi ƏməkdaşlıqTəşilatına (İƏT) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi3,547 milyard ABŞ dolları olub.
Trend bubarədə Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablamalaraparıb.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 328 milyon ABŞ dolları, yaxud da 10,2% artıb. Belə ki,2024-cü ilin yanvar-may aylarında Azərbaycanla İqtisadi ƏməkdaşlıqTəşilatına (İƏT) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi3,219 milyard ABŞ dolları olub.
Aşağıdakı cədvəldə Azərbaycanla İƏT-ə üzv ölkələr arasında cariilin yanvar-may aylarında aparılmış ticarət əməliyyatlarının həcmimin ABŞ dolları ilə göstərilib:
İƏT-ə üzv ölkələr | İxrac | İdxal | Dövriyyə |
Türkiyə | 1 431 525 | 1 012 771 | 2 444 296 |
Özbəkistan | 19 661 | 195 151 | 214 812 |
Qazaxıstan | 45 019 | 422 616 | 467 635 |
Qırğızıstan | 2 965 | 14 953 | 17 918 |
Türkmənistan | 19 224 | 99 256 | 118 480 |
Tacikistan | 6 005 | 533 | 6 538 |
Pakistan | 3 | 14 446 | 14 449 |
Əfqanıstan | 5 341 | 106 | 5 447 |
İran | 6 087 | 251 878 | 257 965 |
Cəmi | 3 547 540 |
Aşağıdakı cədvəldə Azərbaycanla İƏT-ə üzv ölkələr arasında2024-cü ilin yanvar-may aylarında aparılmış ticarətəməliyyatlarının həcmi min ABŞ dolları ilə göstərilib.
İƏT-ə üzv ölkələr | İxrac | İdxal | Dövriyyə |
Türkiyə | 1 644 034 | 920 430 | 2 564 464 |
Özbəkistan | 10 679 | 58 287 | 68 966 |
Qazaxıstan | 22 553 | 84 751 | 107 304 |
Qırğızıstan | 22 489 | 3 886 | 26 375 |
Türkmənistan | 32 013 | 171 019 | 203 032 |
Tacikistan | 2 463 | 347 | 2 810 |
Pakistan | 148 | 7 727 | 7 875 |
Əfqanıstan | 135 | 12 | 147 |
İran | 6 319 | 232 078 | 238 397 |
Cəmi | 3 219 370 |
O cümlədən, cari ilin hesabat dövründə Azərbaycan xam neftinixrac olunduğu əsas ölkələrə İƏT-ə üzv ölkələrdən yalnız biri(Türkiyə) daxil olub. Bu dövrdə Türkiyəyə 16,9 milyon ABŞ dollarıdəyərində 34,8 min ton xam neft ixrac edilib.
Eyni zamanda Azərbaycandan qeyri-neft məhsullarının ixracolunduğu əsas ölkələrə İƏT-ə üzv ölkələrdən üçü (Türkiyə,Qazaxıstan, Özbəkistan) daxil olub. Belə ki, Türkiyəyə 251,4 milyonABŞ dolları dəyərində, Qazaxıstana 44,8 milyon ABŞ dollarıdəyərində, Özbəkistana isə 19,3 milyon ABŞ dolları dəyərindəqeyri-neft məhsulları ixrac olunub.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatına Pakistan, Türkiyə,İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan,Qazaxıstan, Qırğızıstan üzvüdür.