RU

AQEM in Qazaxıstanda yeni qərargahı açılıb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Xarici İşlər Nazirliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) idarəsini təşkilatın Astana şəhərində yeni qərargahının açılması münasibətilə təbrik edib.

APA xəbər verir ki, bununla bağlı Azərbaycan XİN özünün X hesabında paylaşım edib.

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatı və sədrini təbrik edirik. Azərbaycan sədrliyi təşkilata dəstək nümunəsi olaraq Azərbaycanın zəngin tarixi və mədəniyyəti nümunələri ilə bəzədilmiş və təchiz olunmuş qonaq otağı olan yeni binaya öz töhfəsini vermişdir”-paylaşımda qeyd olunub.

Əlavə edilib ki, Azərbaycan sözügedən qurumla əlaqələri gücləndirilməsinə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
50
apa.az

10Источники