Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-dəXankəndi Konqres Mərkəzinin açılışında iştirak edib.
Trend xəbər verir ki, müasir texniki avadanlıqlarla təchizolunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir. Buradateatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbirzalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlıotaqlar yaradılıb.
Özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirənMərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar,işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərinkeçirilməsi üçün geniş imkanlar var. Konqres Mərkəzininfəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təminolunub. Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azadolunmuş digər ərazilərin sakinləridir. Yüksək funksionallığı vəmüasirliyi ilə diqqət çəkən Konqres Mərkəzi işğaldan azad olunmuşərazilərimizin sosial-iqtisadi potensialının inkişafına xidmət edənmühüm layihələrdən biridir.
Bu Mərkəzin yaradılması bir daha sübut edir ki, işğaldan azadolunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycandövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davamedir.