RU

Portuqaliyalı futbolçu avtomobil qəzasında həlak oldu

ain.az, 525.az saytına istinadən bildirir.

Portuqaliya millisinin və “Liverpul”un futbolçusu Dieqo Jota vəfat edib.

525.az “Marca”ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu avtomobil qəzasına həlak olub. Jota İspaniyanın qərbindəki Samora əyalətində qəzaya uğrayıb. Onunla birgə avtomobildə olan qardaşı da həyatını itirib.

Qeyd edək ki, 28 yaşlı futbolçu “Liverpul”a qədər “Pasuş de Fereyra”, “Portu”, “Atletiko”, “Vulverhempton”da forma geyib. 2020-ci ildə “Liverpul”a transfer olunan Jota bu klubun heyətində İngiltərə Premyer Liqasının, İngiltərə kubokunun və Liqa kubokunun qalibi olub. Portuqaliya millisi ilə birgə isə mərhum futbolçu 2 dəfə UEFA Millətlər Liqasında çempionluq sevinci yaşayıb.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
50
525.az

10Источники