RU

Admiral ruslarla bağlı xəbərdarlıq edir

Admiral

Rusiya Şimal dənizində hərbi baxımdan güclənir. Bu, o deməkdir ki, təhlükə də artır.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun holland kontr-admiralı Paul Flos deyib.

Kontr-admiral Flos dənizaltı infrastrukturunu qorumaq üçün Haaqada yaradılan və çoxmillətli təşkilat olan Dəniz Dibinin Təhlükəsizliyi Eksperimental Mərkəzinin (SeaSEC) qurucu üzvlərindən biridir.

P. Flos bildirib ki, Şimal dənizi Rusiyanın fəaliyyətləri səbəbindən çox ciddi risk altına düşüb.

Qeyd edək ki, okean və dəniz üzərindən keçən kabellər və boru kəmərləri işıqların yandırılmasından tutmuş bank ödənişlərinə qədər gündəlik həyatın vacib komponentlərini təmin edir. NATO-nun baş katibi Mark Ruttenin sözlərinə görə, təxminən 1,3 milyon kilometr uzunluğunda olan kabellər hər gün 10 trilyon dollarlıq maliyyə əməliyyatı aparır. İnternet trafikinin 95 faizindən çoxu da bu dənizaltı kabellər üzərindən keçir.



İtaliyadakı NATO Dəniz Tədqiqat və Təcrübə Mərkəzindən Lorens Roş bildirib ki, kritik dənizaltı infrastrukturun qorunması “həqiqətən çətindir”, lakin “bu şəbəkələr həssasdır və eyni zamanda qorunmaq üçün çoxlu sayda şəbəkə yoxdur”. NATO buna səy göstərir. 2024-cü ildə alyans dənizaltı şəbəkənin mühafizəsi strategiyalarını hazırlamaq üçün Böyük Britaniyada yerləşən yeni mərkəz yaradıb.

2023-cü ilin sonunda bir neçə kabel və boru kəməri zədələndikdən sonra Baltik dənizində gəmilərin hərəkətini izləmək üçün “Baltik keşikçisi” təşəbbüsü irəli sürülüb.

Böyük Britaniya təxminən iki il əvvəl “Proteus” sualtı müşahidə gəmisini istismara verməklə pilotsuz sualtı nəqliyyat vasitələrini (UUV) idarə etmək və izləmək qabiliyyətini təkmilləşdirib.

ELÇİN
Избранный
9
1
reyting.az

2Источники