Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu məlumatı DİN-in mətbuat xidməti verib.
İyulun 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 700 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.