Yekaterinburqda azərbaycanlılara qarşı qaldırılan cinayət işinin daha bir iştirakçısı - Əhliman Gənciyevin vəkili həbs qərarından məhkəməyə apellyasiya şikayəti verib.
Bu barədə “Report” Rusiya KİV-ə istinadən məlumat verir.
"Əhliman Gənciyevlə bağlı vəkildən apellyasiya şikayəti daxil olub", - Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidmətindən bildirilib.