RU

Qəzzada ölənlərin sayı bu qədər oldu

İsrail ordusunun Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 118 nəfər artaraq ümumilikdə 57 130-a çatıb.


Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son gün ərzində 581 nəfər yaralanıb.

Həmçinin, İsrailin humanitar yardım adı altında həyata keçirdiyi fəaliyyətlər zamanı baş verən hücumlarda 12 nəfər həlak olub, 49 nəfər yaralanıb. Bu yardım paylanması zamanı ölənlərin ümumi sayı 652-yə, yaralananların sayı isə 4 537-yə yüksəlib.

Martın 18-də İsrailin birtərəfli şəkildə atəşkəsi pozmasından sonra ölənlərin sayı 6 572-yə, yaralıların sayı isə 23 132-yə çatıb.

2023-cü ilin 7 oktyabrından etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda isə ümumilikdə 57 130 nəfər həyatını itirib, 135 173 nəfər yaralanıb.

Избранный
16
50
manset.az

10Источники