Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
16.12
Beyləqanda yeniyetmə kanalda batıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Xanqızı kanalının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Eyvazallılar kənd sakini 16 yaşlı Ə.Qasımov sözügedən kanalda batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanıb.
"Cebheinfo.az"