RU

Bank kartlarından 160 min manatdan çox pul oğurlanıb – AYLIQ STATİSTİKA

İyun ayı ərzində vətəndaşların bank kartlarından ümumən 160 min manatdan çox pul kiber üsullarla oğurlanıb.

Ulusal.az xəbər verir ki, bu barədə məlumatı günlük olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Ən yüksək məbləğdə talama iyunun 19-da qeydə alınıb. Həmin gün vətəndaşların bank kartlarından 24 min manatdan çox pul oğurlanıb.

Müqayisə üçün qeyd edək ki, aprel ayında 581 min, mayda isə 298 min manat analoji səbəbdən oğurlanıb.

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.

Избранный
1
2
moderator.az

3Источники