RU

Sosial şəbəkələr üzərindən Azərbaycana qarşı təxribat kampaniyası aparılır - FOTO

Son dövrlərdə Rusiyadan açılmış çoxsaylı "Telegram" profilləri vasitəsilə yerli media resurslarına saxta və yanıltıcı xəbərlər göndərilir və onların yayımlanması xahiş edilir.

Operativ Media xəbər verir ki, bu kampaniyaların məqsədi Azərbaycan cəmiyyətini çaşdırmaq, yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasını səhv istiqamətə yönəltməkdir.

Sosial media istifadəçiləri və səhifə idarəçiləri bu cür şəbəkələrdən gələn məlumatlara qarşı daha diqqətli olmalıdırlar.

Saxta xəbərlərə qarşı mübarizədə düzgün informasiya mənbələrinə əsaslanmaq, rəsmi və etibarlı qaynaqlardan məlumat əldə etmək böyük əhəmiyyət kəsb edir.

Избранный
20
50
operativmedia.az

10Источники