Qadın futbolçuların milli komandalarının Avropa çempionatında bu gün və sabah baş tutacaq oyunlar bir dəqiqəlik sükutla başlayacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
“Liverpul”un və Portuqaliya millisinin üzvü Dioqo Jota, onun qardaşı Andre Silva avtomobil qəzasında həlak olub. Qurum bu səbəbdən bir dəqiqəlik sükut qərarı verib.