RU

Özbəkistan - Əfqanıstan danışıqları bu dəfə Xankəndidə baş tutub

Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Əfqanıstanın iqtisadi məsələlər üzrə Baş nazirinin müavini vəzifəsini icra edən Molla Əbdül Qani Bəradərlə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ticarət-iqtisadi, nəqliyyat-logistika və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Malların dövriyyəsi və birgə müəssisələrin sayında sabit artım xüsusi məmnunluqla qeyd olunub.

Qeyd olunub ki, işgüzar əlaqələr daha da fəallaşıb, cari ilin may ayında Kabul və Məzari-Şərif şəhərlərində Özbəkistanın ticarət evləri açılıb. İyun ayında isə preferensial ticarət haqqında Saziş imzalanıb.

 

Избранный
10
50
operativmedia.az

10Источники