RU

“Azərbaycan Rusiyadan asılı olmadığını göstərdi” “Hazırda hər iki ölkə eskalasiyaya hazırdır”

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiyanın Azərbaycan üzərindəki təsir imkanlarının zəifləməsi iki ölkə arasında gərginliyin əsas səbəblərindən biridir. 

“AzPolitika” xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadənin “Sherg.az”a verdiyi açıqlamada bildirib.

“Rusiyanın Azərbaycan üzərindəki təsir imkanlarının azalması bu addımların əsas səbəbidir. Onlar ilk dəfə AZAL təyyarəsinin vurulması ilə buna cəhd etdilər. İndi isə Rusiyada yaşayan azərbaycanlılara təzyiq göstərirlər və bu prosesdə Azərbaycan əsilli Rusiya vətəndaşlarını da bu işə alət edirlər. Hadisələr Bakıda narahatlıq və qəzəblə qarşılanır. Hazırda hökumət hesab edir ki, Azərbaycan öz müstəqil xəttini qorumağa qadirdir” -deyə o, bildirib.

Politoloq bildirib ki, Azərbaycanda hökumətə yaxın media qurumları, xüsusilə AzTV, bu məsələdə Rusiyanı və Prezident Putini hədəf alır. Bu isə Azərbaycanın Kremlə qarşı sərt mövqeyini açıq şəkildə nümayiş etdirir: “Azərbaycan Rusiyadan asılı olmadığını sübut etdi. İkinci Qarabağ müharibəsinədək Moskva Bakıya ciddi təzyiqlər göstərə bilirdi. İndi isə bu imkanlar demək olar ki, yoxdur”.

Əlizadənin fikrincə, hazırda hər iki ölkə eskalasiyaya hazırdır.

“Rusiya etnik azərbaycanlılara qarşı təzyiqlər göstərir, onları həbs edir. Azərbaycanda da ruslara qarşı oxşar münasibət formalaşmaqdadır. Bu proseslər davam edə bilər, lakin dialoq yolu seçilməlidir,” – deyə o, qeyd edib.

Politoloqun sözlərinə görə, vaxtilə Azərbaycan və Rusiya xalqları arasında münasibətlər yaxşı olub. Lakin zaman keçdikcə Moskvanın siyasəti bu münasibətləri pozub: “Hazırda iki xalq arasında məsafə daha da artıb. Hesab edirəm ki, Azərbaycan artıq Rusiya ilə əvvəlki kimi mehriban qonşu və müttəfiq olmayacaq”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
azpolitika.info

1Источники