RU

Bakı Fond Birjasında repo ilə böyük artım - 2 DƏFƏDƏN ÇOX ARTIB

2025-ci ilin yanvar – iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi məbləği 36 milyard 622 milyon 506 min manat təşkil edib.

Marja.az Birja-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,1 dəfə çoxdur. 

Xatırladaq ki, Bakı Fond Birjasında 2024-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 17 milyard 651 milyon 530 min manat təşkil etmişdi.

BFB-nin dövriyyəsinin 85,2 %-i, yaxud 31 milyard 220 milyon 201 min manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2,4 dəfə çoxdur.

Избранный
12
13
marja.az

10Источники