İsrail Müdafiə Qüvvələrinə (IDF) aid pilotsuz uçan aparat Beyrutun cənubunda magistral yolda hərəkət edən avtomobilə zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə "Əl-Jadeed" TV məlumat yayıb.
Telekanalın məlumatına görə, hücum nəticəsində "Hizbullah" təşkilatının silahlı qanadının komandirlərindən biri öldürülüb.
Həmçinin bildirilib ki, insident Xalde şəhərətrafı qəsəbəsində, avtomobil yollarında baş verib. Zərbənin vurduğu avtomobil yanıb.