RU

"Sputnik"in 5 əməkdaşı polis nəzarətinə verilib

"Sputnik Azərbaycan"ın 5 əməkdaşı zaminə buraxılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Bildirilib ki, polis nəzarətinə buraxılanlar Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Daha sonra "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində polis əməliyyat keçirib.

Əməliyyat zamanı direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Избранный
2
2
demokrat.az

10Источники