RU

Ögey qardaşını öldürüb polisə təslim olduVİDEO

Bakıda 29 yaşlı şəxs yaşadığı evdə qətlə yetirilib. Şübhəli kimi onun ögey qardaşı saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə günorta saatlarında paytaxtın Binəqədi rayonu, Rəsulzadə küçəsində baş verib.

Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 29 yaşlı Aslan Nuri aldığı xəsarətdən yaşadığı evdə ölüb.

Hadisə yerinə əməliyyat qrupu gəlib və istintaq hərəkətləri aparıblar. Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Qonşuların sözlərinə görə, qardaşlar ata bir, ana ayrı olublar. Amma onlar bir evdə yaşayırmışlar. Hər iki şəxs ailəlidir və övladları var.

Qonşular onu da əlavə etdilər ki, Amin Nuri hadisəni törədəndən sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
22
30
xezerxeber.az

10Источники