RU

“İRS” silsiləsi çərçivəsində nəşr edilən “Daşları toplamaq vaxtıdır” adlı kitabın təqdimatı keçirilib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

“PASHA Həyat Sığorta” ASC-nin dəstəyi və Qərbi Azərbaycan İcmasının iştirakı ilə “İRS” silsiləsi çərçivəsində nəşr edilən “Daşları toplamaq vaxtıdır” adlı kitabın təqdimatı keçirilib.

APA xəbər verir ki, təqdimat mərasimində ictimai və siyasi xadimlər, həmçinin xarici qonaqlar iştirak ediblər.

Kitab Azərbaycan–ingilis, Azərbaycan–rus və ingilis–türk dillərində hazırlanıb.

Nəşr “Üç yol” başlığı altında müqəddimə, səkkiz fəsil və epiloqdan ibarətdir. Layihənin rəhbəri və baş redaktoru Musa Mərcanlıdır.

"İRS" jurnalının baş redaktoru Musa Mərcanlı kitabın əhəmiyyətindən danışıb: “'İRS' jurnalının bir neçə buraxılışı Qarabağ mövzusuna həsr olunmuşdu. Bu buraxılışımız isə Qərbi Azərbaycana aiddir. Əsas məqsədimiz həmin yerləri yenidən görməkdir. Biz özümüz gedə bilməsək də, fotoqraflarımız həmin ərazilərdə görüntülər çəkə bilib. Bu görüntüləri sözügedən kitabda görmək mümkündür”.

"PASHA Həyat"ın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova qeyd edib: “Bu kitablar sadəcə bir nəşr deyil, həm də Azərbaycan ədəbiyyatının daşıyıcısıdır. Biz bu nəşrləri həm ölkə daxilində, həm də xaricdə təbliğ etməyə çalışırıq”.

Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışında deyib: “Kitab mənim xüsusi diqqətimi çəkdi. Uşaqlığım və gəncliyim o yerlərdə keçmiş biri kimi, kitabı vərəqləyəndə həmin məkanlarda yenidən dolaşdım”.

Daha sonra çıxış edən kitabın elmi redaktorlarından biri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov bildirib: “Bu kitab üçün toplanan materiallar bir neçə kitablıq həcmdədir. Biz onları bir nəşrdə cəmlədik. Burada bir çox önəmli hadisələr həm yazı, həm də foto formatında təqdim olunub”.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, akademik Nizami Cəfərov isə vurğulayıb: “Bu kitablar həm şəkil, həm də elmi tərəfləri ilə mənə simfoniya təsiri bağışlayır. Belə əsərlər sənət nümunələridir və çox dəyərlidir”.

Tədbir musiqili hissə ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
45
apa.az

10Источники