RU

“Rusiya-Azərbaycan arasında münasibətlər tezliklə yaxşılaşmayacaq, amma...” - Britaniyalı politoloq

"Yekaterinburqda baş verənlərə dair xəbərləri oxuduqdan sonra 50 etnik azərbaycanlının həbsi və iki qardaşın polis nəzarətində ölməsi ilə bağlı dərin narahatlıq hissi keçirirəm. Bu hadisələrin siyasi motivli olduğu qənaətindəyəm".

Bu barədə Musavat.com-a açıqlamasında Böyük Britaniyadan olan politoloq-jurnalist Neil Vatson deyib.

Politoloq qeyd edib ki, azərbaycanlılara qarşı irəli sürülən ittihamlar qeyri-müəyyən və çoxdan baş vermiş hadisələrlə bağlıdır: Sezar pizza

"Son illər ərzində Azərbaycan Qərbə siyasi və iqtisadi baxımdan yaxınlaşmaqdadır. Ukraynaya dəstək verməsi, bununla da Qarabağ münaqişəsi ilə paralellər qurması, Rusiya ekspansionizmini öz əleyhinə çevirməsi, əvvəlcə Rusiyanın vasitəçiliyi ilə Ermənistanla sülh danışıqları aparması və daha sonra rus sülhməramlılarını ölkədən çıxarması bu siyasətin bariz nümunələridir. 25 dekabr tarixində baş verən “Azal” təyyarə qəzası isə Azərbaycan-Rusiya münasibətlərində uçurumu bir qədər də dərinləşdirdi.

Hazırda Azərbaycanın ticarət razılaşmaları və yeni nəqliyyat dəhlizləri onu Rusiyadan daha da uzaqlaşdırır. Yekaterinburqda baş verənlər isə, əslində, Rusiyanın terror xarakterli mesajıdır. Moskva Ukrayna müharibəsində qələbə qazanacağına ümid edərək güc nümayiş etdirir, beynəlxalq reaksiyalara əhəmiyyət vermədiyini göstərir və Bakıya açıq şəkildə siqnal verir: əgər Ermənistanda yenidən Rusiya yönlü bir lider hakimiyyətə gələrsə, Moskva bu ölkəni tam dəstəkləyəcək.

Rusiya ilə Azərbaycan arasındakı münasibətlər yaxın zamanda yaxşılaşmasa da, bu iki ölkəni bir-birinə bağlayan dərin tarixi tellər səbəbilə sonda münasibətlərin bərpası labüddür".


Telegram kanalımız
Избранный
48
50
yenisabah.az

10Источники