RU

FIFA prezidenti Dioqo Jotanın faciəli ölümü ilə bağlı başsağlığı verib

Bakı. Trend:

FIFA prezidenti Canni İnfantino Portuqaliya millisinin vəİngiltərənin "Liverpul" klubunun futbolçusu Dioqo Jotanın faciəlişəkildə həlak olması ilə bağlı başsağlığı verib.

Trend xəbər verirki, bu barədə FIFA-nın rəsmi saytında məlumat yayılıb.

Canni İnfantino futbol dünyası adından Jota və onun qardaşıAndre Silvanın ölümü ilə bağlı dərin kədər hissi keçirdiyinibildirib:
"Dieqo Jota və onun qardaşı Andre Silvanın avtomobil qəzasındafaciəvi şəkildə həlak olmasından dərin sarsıntı keçirdim. Onlarınailəsinə, "Liverpul", "Penafyel" klublarına, həmçinin PortuqaliyaFutbol Federasiyasına dərin hüznlə başsağlığı verirəm. Bu itkinifutbol dünyası üçün böyük itki hesab edirəm".

Qeyd edək ki, Dioqo Jotanın idarə etdiyi avtomobil gecəsaatlarında qəzaya uğrayaraq yanıb. Nəticədə Jota və onun qardaşıAndre Silva hadisə yerində həyatını itirib.

Избранный
40
16
az.trend.az

10Источники