RU

Pezeşkian da Xankəndiyə gəlir - Səfirlik TƏSDİQLƏDİ

Sabah – iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçiriləcək.

Zirvə görüşündə iştirak etmək üçün ECO üzvü olan dövlətlərin rəsmiləri Azərbaycana səfər edirlər.

Xəbər verilir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın da Azərbaycana səfər edəcəyi rəsmən təsdiqlənib.

Belə ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Məsud Pezeşkian Xankəndidəki Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olmuş, dövlətimizin başçısı iranlı həmkarını İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitinə dəvət etmişdi.

 

Mail AĞAXANOV


Избранный
4
50
azia.az

10Источники