RU

Astarada yeniyetmə boğuldu

Astarada 15 yaşlı yeniyetmə boğularaq ölüb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsindəki su anbarının ərazisində baş verib.

Belə ki, 15 yaşlı Murad Ramin oğlu Ağazadə qəsəbə ərazisindəki “Lovain” su anbarına düşərək boğulub. Yeniyetmənin cansız bədəni sudan çıxarılıb. Bədbəxt gadisənin ehtiyyatsızlıqdan baş verdiyi deyilir. Sezar pizza

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
18
50
yenisabah.az

10Источники