RU

Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hazırda telefon danışığı aparırlar.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

O deyib ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə Rusiya-Ukrayna müharibəsini, İran, Suriya və Yaxın Şərqi müzakirə edib.

Onun sözlərinə görə, Rusiya mübahisəli məsələlərin, fikir ayrılıqlarının və münaqişəli vəziyyətlərin müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb: "Tramp yenidən hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini gündəmə gətirib. Putin isə qeyd edib ki, Moskva Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa çalışacaq və öz məqsədlərindən geri çəkilməyəcək. Ümumiyyətlə, bu iki lider arasında söhbət, həmişə olduğu kimi, eyni dalğada və səmimi, işgüzar və konkret olub. Prezidentlər, təbii ki, ünsiyyətlərini davam etdirəcəklər. Belə bir razılaşma var”, - Kreml rəsmisi vurğulayıb.

Söhbət zamanı liderlər Suriyadakı son hadisələrə də toxunublar. Uşakov qeyd edib ki, ABŞ və Rusiya Suriyadakı durumla bağlı dialoqu davam etdirəcəklər.

 

Избранный
21
24
xezerxeber.az

10Источники