İmişlidə məktəblilərin öldüyü yol qəzası ilə bağlı xuliqanlığa görə 19 nəfərə hökm oxunub.
"Unikal" xəbər verir ki, polis maşınını aşıran 19 nəfərə hökm oxunub.
Nazim Əliyev 1 il , Taleh Məmmədov 4 il, Ruslan Quliyev 2 il, Kənan Mejdunov 4 il, Rahib Rzayev 4 il Sənan Əliyev, Elxan Əzimov, Abbas Bağırov hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Canpolad Əliyev 1 il, Hüseyn Cabbarlı 3 il, Elman İbrahimova 1 il, Vüqar Usubluya 2 il, Rahib Tağıyevə 3 il, Fərid Seyidzadəyə 3 il, Qoşqar Məmmədova 3 il, Eldar Ağazadəyə 1 il, Elnur Babayevə 2 il, Rasif Babayevə 4 il, Şamil Səfərova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Xatırladaq ki, yanvarda İmişlidə baş vermiş qəzada iki məktəblinin ölümü, ikisinin yaralanmasından sonra rayon sakinləri etiraza qalxmışdı. Etirazçılar qəza törədən polis maşınını aşırmışdı.