Sumqayıtda piyadaların motosiklet tərəfindən vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Motosiklet hərəkətdə olarkən yolu keçmək istəyən 2 kişini vurub.
Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, 1960-cı il təvəllüdlü şəxs kəllə-beyin travması alıb, 2006-cı il təvəllüdlü şəxsə isə bud sümüyünün sınığı diaqnozu qoyulub. Hər iki şəxs Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.