RU

“Vaqif Bakinski” Azərbaycanın sorğusu əsasında həbs edilib?

Ötən ay Moskvada Rusiyada “nömrə 1” “qanuni oğru” hesab edilən Şakro Molodoyun keçirdiyi “oğru yığıncağı”nda iştirak edən yeganə azərbaycanlı Vaqif Süleymanov olub

Moskvada təhlükəsizlik qüvvələri nüfuzlu azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanovu (Vaqif Bakinski) saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb. İddia olunur ki, ona Azərbaycanın hüquq-mühafizə orqanlarının da sualları ola bilər.

Bundan öncə isə Orenburqda daha bir azərbaycanlı “qanuni oğru”, Zaur Şipilov (kriminal aləmdə “Zaur Naxçıvanski”) saxlanılıb. Ona qarşı “cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq” ittihamı irəli sürülüb. Zaur Naxçıvanski məşhur kriminal avtoritet Bayram Talıbovun oğludur. 

85a9486aca8d7feeb15093c247023af0.jpg

Qeyd edək ki, ötən ay Moskvada Rusiyada “nömrə 1” “qanuni oğru” hesab edilən, Gürcüstanda doğulmuş yezidi kürdü Zaxari Kalaşovun (Şakro Molodoy) təşəbbüsü ilə “oğru toplantısı” keçirilmişdi. “Oğru yığıncağı”nda iştirak edən yeganə azərbaycanlı isə Vaqif Süleymanov olub. Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində “Azərbaycan mafiyası”nın ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunurdu.

Gürcüstan doğumlu, “bakılı” ayamalı

Musavat.com Vaqif Bakinski haqda məlumatları təqdim edir. Vaqif Mədət oğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun gah Tiflis, gah da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7–8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb.

Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə, o, hələ cavan ikən həbsxanaya düşsə də, azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular – Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. Vaqif Bakinskinin həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur. 

vaqif

Vaqif və Mamed

2006-cı ildə Moskvada üzərinə baxış zamanı 33 qram həşiş aşkar edilərək saxlanılıb. Xakasiyada ümumi rejimli cəzaçəkmə müəssisəsində 3 il 6 ay dustaqlıq həyatı yaşayıb. 2013-cü ilin noyabrında yenidən saxlanılıb, boynuna daha ağır maddə qoyulub. Vaqif Bakinski 3 əlaltısı ilə moskvalı biznesmendən külli miqdarda pul alıb və həmin məbləği köçürərkən saxlanılıblar. Sahibkar pulun ondan zorla alındığını etiraf edib. Lakin Süleymanov dəmir barmaqlıqlar arxasında uzun müddət qalmayıb.

O, həm də 2016-cı ildə qətlə yetirilən Rövşən Caniyevlə (Lənkəranski) aralarında yaranmış məşhur münaqişəyə görə də tanınır. Həmin anlaşılmazlıq hələ Aslan Usoyanın sağlığında baş verib. Məlumata görə, 2010-cu ilin yazında Vaqif Bakinski ilə Rövşən Lənkəranski arasında səbəbi bəlli olmayan münaqişə başlayıb. İddialara görə, həbsdə olan Vaqifin Lənkəranski ilə telefon söhbəti gərgin keçib, bir-birinə qarşı xoşagəlməz ifadələr işlədiblər. Söhbət o həddə çatıb ki, Caniyev onu vuracağını deyib. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərini aydınlaşdırmaq üçün “sxodka”ya toplaşıblar. Rövşən Lənkəranski tərəfdən söhbətə Cemal Mikeladze də (“Cemo” bir neçə il bundan əvvəl vəfat edib) qoşulub. Vaqif isə görüşə “Ded Xasan”ı təmsil edən Vasi Voskreslə gəlib.

“Sxodka” məhz Cemo söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı qanuni oğruya iradına Vaqif adekvat cavab verib. Cemo Vaqifi vurmaq istəyərkən özü zərbə alıb. Bu “sxodka” Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Deyilənlərə görə, nəticədə Lənkəranski və Cemo bu hərəkətə görə Vaqif Süleymanovdan üzr istəyiblər.

 

Musavat.com

Избранный
20
18
musavat.com

10Источники