Əfqanıstanda taliblərin hakimiyyətini dünyada rəsmən tanıyan ilk ölkə Rusiyadır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Rusiya XİN təsdiq edib ki, Moskva Əfqanıstan İslam Əmirliyini tanıyır.
Qeyd edək ki, söhbət 2021-ci ilin avqustunda Əfqanıstan üzərində nəzarəti qaytaran və İslam Əmirliyini bərpa edən “Taliban” hərəkatının ikinci rejimindən gedir.