RU

Ronaldo ilə Messinin komandaları üz-üzə gələcək

Lionel Messinin çıxış etdiyi "İnter Mayami" Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr"lə qarşılaşacaq.

Publika.az xəbər verir ki, görüş Ər-Riyadda şou xarakterli turnir çərçivəsində reallaşacaq. Oyun fevralın 1-də baş tutacaq. Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Hon-Konq ulduzlardan ibarət seçmə komandası da turnirdə çıxış edəcək.

Maraqlıdır ki, “İnter” noyabrda turnirdə iştirakdan imtina etmişdi.

Избранный
390
16
publika.az

10Источники