RU

Mühafizə yerləbirləşdirməsi belə olmalıdır

Mühafizə yerləbirləşdirməsinə dair hallar açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Elektrik maşınlarının, aparatlarının və cihazlarının metal gövdələri aşağıdakı hallarda yerləbirləşdirilməlidir: 380 V və ondan yüksək dəyişən cərəyanlı gərginlikdə, 440 V və ondan yüksək sabit cərəyanlı gərginlikdə qidalandırılan – bütün elektrik qurğularında; 42 V və ondan yüksək dəyişən cərəyanlı gərginlikdə (lakin 380 V-dan aşağı), 110 V və ondan yüksək sabit cərəyanlı gərginlikdə (lakin 440 V-dan aşağı) qidalandırılan – təhlükə artımı olan və xüsusi təhlükəli otaqlarda, bütün xarici elektrik qurğularında; ümumi metal konstruksiyalarda (ümumi borularda, qutularda və s.) quraşdırılmış 42 V dəyişən cərəyanlı gərginlikdə və 110 V-a qədər sabit cərəyanlı gərginlikdə yoxlama və güc kabellərinin metal zirehləri, qabıqları və başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nda nəzərdə tutulmuş hallarda (7.5.3.2-ci bənddə göstərilən tələb istisna təşkil edir).

 

Избранный
13
heftelik.az

1Источники