RU

Türkiyədə 100 dən çox deputat və parlament işçisi zəhərləndi

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Böyük Millət Məclisində (TBMM) 100-dən çox millət vəkili və işçisi ishal, qusma və halsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeniyol Partiyasının Dənizli bölgəsinin təmsilçisi millət vəkili Səma İpək Ün bu barədə danışıb. 

"Səhərdən bəri dayanmadan qusuram. Çöldən heç nə yeməmişəm, Məclis bufetindən başqa yerdə yemək yemədim", - deyə o bildirib.

Qeyd olunub ki, son 2 gündə 100-dən çox deputat və Məclis işçisi ishal, qusma və güclü halsızlıq şikayətləri ilə Məclis Xəstəxanasına müraciət edib.

Əldə edilən məlumata görə, şikayətlər ilk olaraq dünən başlayıb və bu gündən etibarən artmaqda davam edir. Məclis şəhərciyində çox sayda növbətçi personal və bəzi millət vəkilləri də oxşar əlamətlərlə xəstəxanaya sövq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
3
baku.ws

10Источники