RU

Rusiyada əhali acdır, milyarderlər isə sərvətini artırır

Yazını böyüt
Yazını kiçilt

Rusiyada əhalinin böyük hissəsi yoxsulluq içində yaşadığı bir vaxtda, varlı iş adamlarının ümumi sərvəti bu ilin birinci yarısında 24,586 milyard dollar artıb.

Hafta.az-ın yazdığına görə, ən böyük artım Norilsk Nikel şirkətinin ortağı Vladimir Potaninə məxsusdur. Potaninin sərvəti 3,83 milyard dollar artaraq 31,7 milyard dollara çatıb.

BBI kimi tanınan Bloomberg Milyarderlər İndeksində ilk beşliyə daxil olan digər rusiyalı milyarderlər aşağıdakılardır:

“LUKOIL-un ortağı Vahid Ələkbərovun sərvəti 1,39 milyard dollar artaraq 26,7 milyard dollara çatıb.

Severstal-ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 1,48 milyard dollar artaraq 24,7 milyard dollara yüksəlib.

NLMK-nin sahibi Vladimir Lisinin sərvəti 1,68 milyard dollar azalaraq 24,1 milyard dollara enib.

Novatek-in tərəfdaşlarından Leonid Mixelsonun sərvəti 1,4 milyard dollar artaraq 23,7 milyard dollara çatıb.

BBI reytinqinə dünyanın ən zəngin 500 adamı daxildir. Bu siyahıda olan 21 Rusiya vətəndaşının ümumi sərvəti hazırda 316,74 milyard dollar hesablanır.

Избранный
2
7
hafta.az

8Источники