RU

Ukrayna ABŞ şirkəti ilə birgə dronlar istehsal edəcək


Ukrayna və ABŞ-ın “Swift Beat” şirkəti pilotsuz uçuş aparatlarının (PUA) istehsalının genişləndirilməsi barədə Memorandum imzalayıb. Bu sənəd çərçivəsində Ukrayna Silahlı Qüvvələri (USQ) raketlərin məhv edilməsi üçün zəruri olan dronlar əldə edəcək.

Bu barədə Ukrayna Prezident Administrasiyası rəsmən açıqlama yayıb. Xəbərdə deyilir ki, memorandumu Ukraynanın müdafiə naziri Rustem Umerov və “Swift Beat” şirkətinin baş direktoru Erik Şmidt Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Danimarkada imzalayıblar. Bu əməkdaşlıq sayəsində Ukraynaya pilotsuz uçuş aparatlarının tədarük həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Söhbət bu il yüz minlərlə drondan və 2026-cı ildə daha da böyük həcmdə tədarükdən gedir.

Mətləb Salahov

Избранный
16
5
baki-xeber.com

2Источники