Xəbər verdiyimiz kimi, ötən gün Portuqaliya yığmasının və “Liverpul”un 28 yaşlı futbolçusu Dieqo Jota avtomobil qəzasında həyatını itirib.
Bizim.Media xəbər verir ki, daha bir futbolçu qəzaya uğrayıb. "Legiya"nın 17 yaşlı oyunçusu Ksaveri Ejevski avtomobil qəzası nəticəsində hospitala aparılıb. Onun vəziyyəti ağırdır, maşında olan bacısı isə hadisə yerində keçinib.
İlkin təxminlərə görə, qəzaya sürət həddinin aşılması səbəb olub. Avtomobil yoldan çıxaraq, ağaca çırpılıb.
Xatırladaq ki, Jotanın olduğu avtomobilin aşaraq alovlanması nəticəsində futbolçu ilə bərabər 26 yaşlı qardaşı Andre de Silva da həlak olub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта