Ermənistanda seçkilər yaxınlaşdıqca, ölkə daxili gərginlik daha da artır.
"Joxovurd” qəzetinin məlumatına görə, baş nazir Nikol Paşinyan 2026-cı il seçkiləri öncəsi öz opponetlərini həbs etməyə və onları siyasi mübarizədən uzaqlaşdırmağa qərar verib. Belə ki, Paşinyan hakimiyyətə qarşı çıxan və onu tənqid edən şəxsləri müəyyən edib, onların üzərindən cinayət işləri açmaq üçün əsaslar yaratmağı tapşırıb.
Hədəfdə kimlər var?
İddiaya görə, Paşinyan seçkilərə qədər siyasi mühitin təmizlənməsini və yalnız ona sadiq olan şəxslərin və "Vətəndaş müqaviləsi" partiyasına yaxın olan müxalifət üzvlərinin arenada qalmasını istəyir.
Bundan əlavə, Ermənistanın parlamentinin sədri Alen Simonyan jurnalistlərə verdiyi müsahibədə sabiq prezident, Xocalı qatili Robert Köçəryanı cinayətkar adlandırıb.
“Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan isə deyib ki, Robert Köçəryanın hakimiyyəti dövründə onlarla siyasi qətllər baş verib.
Ermənistanın daha bir eks-prezidenti, Xocalı qatili Serj Sarkisyan da həbslə üzə-üzədir. Ona qarşı irəli sürülən yeni ittihama görə, Serj Sarkisyan İsakov prospektindəki bəzi torpaq sahələrini Köçəryana məxsus “Toyota-Yerevan” şirkətinə keçirmək üçün ucuz qiymətə satıb.
Başqa bir tərəfdən, Paşinyan öz Facebook hesabında yazaraq “Fövqəladə seçkilər mütləq keçirilməlidir. Amma bu, bütün ermənilərin katolikosu seçkisi olmalıdır”, – deyə bəyan edib.
Bu isə o anlama gəlir ki, Paşinyan Eçmiədzin məbədi və Apostol Kilsəsinin başçısı Katolikos II Qareginə qarşı qəti hücuma keçib.
Görəsən, yaranmış durumda Ermənistanı nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Ermənistanda revanşist qüvvələr ölkəni yenidən müharibəyə sürükləməyə çalışırlar:
“Əslində erməni katolikosu keçmiş prezidentlər Koçaryanla Sarkisyanın adamıdır. Bu qüvvələr beynəlxalq daşnak şəbəkəsilə birləşib Ermənistanı yenidən müharibəyə sürükləmək istəyir. Hətta növbəti və daha ağır məğlubiyyətə uğrayacaqlarını bildikləri halda müharibəyə ona görə gedirlər ki, bu yolla da özləri üçün daha böyük həcmdə maliyyə əldə edə bilsinlər”.
Deputat qeyd edir ki, erməni cəmiyyətinin Koçaryan və Sarkisyana heç bir inamı qalmayıb:
“Onlar hərbi cinayətkarlardır. Katolikos da onların nəzarəti altındadır. Bu mənada Paşinyanın kilsə ilə apardığı mübarizə də siyasi mübarizənin davamıdır. Ermənistanda yaşanan gərginlik Rusiyanın maraqlarına cavab verir. Moskva yenidən Cənubi Qafqazı öz nəzarəti altına almaq istəyir. Bu əsasda da Rusiya Ermənistanı xaosa sürükləyir”.
Rüfət Sultan, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта