ain.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
“Leobank” müştərisi Elşən Ədalətli bank tərəfindən ona qarşı haqsızlıq edildiyini iddia edib. O, sosial şəbəkədə paylaşdığı açıqlamasında bildirib ki, yaxın günlərdə Leobank tərəfindən ona yüksək məbləğdə kredit limiti təklif olunub və sonra heç bir xəbərdarlıq edilmədən həmən limit geri çəkilib.
Tribunainfo.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, bankən ona təklif etdiyi kredit limitinə görə bəzi ideyalarını reallaşdırmağı düşünüb. Buna uyğun plan qurub və kredit təklifini təsdiqləyib. Lakin sonra “Leobank” müştərisini yarı yolda qoyub:
“Bir neçə gün düşündüm və qərar verdim ki, təsdiqləyim. Təklif gələndən sonra əlimdə olandan başladım evi təmir etməyə. 3-4 gün sonra “Leobank” biznes kartıma baxdım və gördüm həmin limiti geri çəkiblər, yəni bank oğurlayıb, başqa ad verə bilmirəm buna.
Məsələ ilə bağlı bank operatoru ilə əlaqə saxladım. Mənə texniki səhv olduğunu bildirdilər və səhvi düzəltmək üçün ikiqat kəşbek təklif etdilər.
Deyirəm, mən kartdakı pulu nağdlaşdırsaydım nə edəcəkdiniz? Deyir, heç nə, sizə kredit ayırmış olacaqdıq”.
Şikayətçi bildirib ki, vəkillə bu mısıləni araşdırıb və ona bildiriblər ki, belə hallar üçün bankın heç bir hüquqi əsası yoxdur:
“Məhkəməyə müraciət edəcəyəm. Yəni banklarımız da yalançı və oğrudur”.
Məsələyə münasibət bildirən “Yelobank” belə bir problem yarandığı üçün təəssüfləndiyini bildirib. Həmçinin yaranmış problemə görə bank müştəridən üzr istəyib və ona iki qat keşbet təklif edib.
Gülşən Rəsul
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.