RU

Rutte və Rubio NATO-nun yeni öhdəliklərini və müharibəni müzakirə ediblər

Rutte

ABŞ dövlət katibi Marko Rubio və NATO-nun baş katibi Mark Rutte NATO-nun yeni müdafiə öhdəliklərini və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rubio və Rutte iyulun 3-də danışıblar. Onlar NATO-nun Haaqadakı son sammitini və Alyansın müdafiə xərclərini ÜDM-nin 5 faizinə çatdırmaq öhdəliyini də müzkirə ediblər.

Bundan başqa, dövlət katibi və baş katib Haaqa Sammitinin qərarlarına əsaslanan prioritetləri, xüsusilə Alyansın yükün bölüşdürülməsi məqsədlərinin irəliləyişini də müzakirəyə çıxarıblar.

ABŞ dövlət katibi və NATO-nun baş katibi həmçinin ABŞ prezidenti Donald Trampın “Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq və müttəfiqlərin Haaqa Bəyannaməsində öz əksini tapdığı kimi, Ukraynanı dəstəkləməyə davam etmək öhdəliyinə” prioritet verdiyini vurğulayıblar.

Xatırladaq ki, NATO sammiti zamanı Rutte Trampın İsrail və İran arasında münaqişə ilə bağlı açıqlamalarına münasibət bildirib. Tramp ölkələri döyüşən uşaqlarla müqayisə edərək, hər iki tərəfin atəşkəsi pozduğunu deyib.

E. KAMAL
Избранный
7
50
reyting.az

10Источники