RU

XİN rəhbəri BMT nin müavini ilə görüş keçirib

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

XİN-dən AzVision.az -a məlumat verilib ki, görüşdə Azərbaycanla UNESCAP arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. UNESCAP-ın icraçı katibi zirvə toplantısına dəvətə və ölkəmizin 2026-cı ildə UNESCAP-ın 82-ci sessiyasına ev sahibliyi təşəbbüsünə görə minnətdarlığını bildirib. Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, ölkəmizin BMT-nin missiyasına verdiyi töhfələr, o cümlədən 2023-cü ildə Təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümü münasibətilə zirvə toplantısına, 2024-cü ildə isə BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb. Tərəflər arasında iqlim dəyişikliyi və yaşıl enerji, nəqliyyat dəhlizləri, texnologiyalar və rəqəmsallaşma kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər qlobal inkişaflar və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
50
azvision.az

10Источники