RU

Sahil Babayev: "Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib"

Azərbaycanın strateji valyuta ehtiyatları 74 milyard ABŞ dollarını keçib.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında - “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsin III oxunuşda müzakirəsi zamanı bildirib.

"İnanıram ki, bu göstərici getdikcə artacaq. Yekdil rəy odur ki, 2024-cü il Azərbaycan üçün uğurlu il olub, makro-iqtisadi və makro-puredensial siyasət, dövlət proqramları, o cümlədən "Böyük qayıdış" proqramı uğurla icra edilib", - deyə o qeyd edib.

©report

Избранный
6
4
valyuta.az

10Источники