RU

“Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?”

Yerli şou-biznesdə ulduzu parlayan müğənni Camilla  maraqlı fotosessiyaya imza atıb.

Dərgi.az xəbər verir ki, başına tac qoyub obyektiv qarşısına keçən ifaçı, saytımıza açıqlamasında, cəsarətli addımına belə şərh verib:

“Səsimə və istedadıma çox güvənirəm. Səhnədə olduğum ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Hətta israrla deyirəm ki, bu məndə alınır. Başımda tacla şəkil çəkdirmək komandamın  istəyi və ideyası oldu”.

“Görüntülərdən bu qənaətə gəlmək olar ki, Azərbaycan şou-biznesinin taclı xanım ulduzu bundan sonra Camilla olacaq” sualına ifaçı özünəməxsus şəkildə cavab verib:

“Özüm-özümü tərifləmək istəmirəm. Amma, həqiqətən, Camilla olaraq həmişə seçilmişəm. Heç kimin xətrinə dəymək istəmirəm. Azərbaycan şou – biznesin divası var, o da Xalq artisti Aygün Kazımovadır. Niyə də bu sahənin “Afrodita”sı olmasın? Məncə, bu tac məndən başqa heç bir xanım müğənnisinə yaraşmaz”.

Bundan başqa Camilla bildirib ki, tezliklə şou-biznesi şoka salacaq layihə təqdim edəcək.

Belə ki, müğənninin tacın  müəllifi isə dizayner İlahə Məmmədovadır (Əliyeva) .

Camillanın stilinin üzərində isə uzun müddətdir əməkdaşlıq etdiyi, çoxsaylı layihələrində, klip və fotosessiyalarında baş stilist olaraq çalışan Kryolan İlhamə işləyib.

Избранный
12
39
dergi.az

10Источники