RU

“Liderlərin Xankəndinə toplaşması tarixi bir hadisədir” -Politoloq

Bu gündən başlayaraq  Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçiriləcək.

“Artıq böyük ölkələrin liderlərinin Xankəndinə səfərləri başlayıb. Xankəndidə böyük liderlərin bir araya gəlməsi Azərbaycanın Qarabağda ərazi bütövlüyünü bərpa etməsindən sonra böyük siyasi və diplomatik əhəmiyyət kəsb edən hadisədir. Bu, uzun illər separatizmin mərkəzi olmuş bir şəhərin beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsinin simvoludur. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusilə də Xankəndidə keçirilən ilk bu cür yüksək səviyyəli beynəlxalq tədbirdir. Xankəndidə keçirilən bu sammit Azərbaycanın diplomatik qələbəsi və Qarabağın yenidən dirçəlişinin simvoludur. “ – bu fikirləri Ulusal.az-a açıqlamasında poltoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, bu beynəlxalq ictimaiyyətə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaratdığı yeni reallıqları göstərmək üçün mühüm bir platformadır.

“Dünya artıq Azərbaycanın gücü ilə hesablaşır. Bu gün dünyanın  enerji resurslarının təminatçısı rolunda Azərbaycan çıxış edir. Bu bizim son illər ərzində yüksək inkişafımızdan xəbər verir. Xankəndiyə dünya liderlərinin toplaşmasının da tarixi bir əhəmiyyəti var. Hesab edirəm ki, bu görüş böyük layihələrin reallaşmasına təkan verəcək. “- deyə Arzuman Muradlı qeyd edib.

Избранный
1
5
moderator.az

10Источники